Azərbaycanda pul kütləsində kəskin artım
21:30 / 22.09.2021
1441
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz artaraq 21,95 milyard manat təşkil edib.
Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.
Qeyd olunub ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 11,6 faiz artaraq 10,99 milyard manat, geniş pul kütləsi 16,2 faiz artaraq 31,3 milyard manata, sövdələşmələr üçün pul 20,7 faiz artaraq 18,94 milyard manata bərabər olub