Azərbaycanda problemli kreditlər artmaqda davam edir

Azərbaycanda problemli kreditlər artmaqda davam edir
 

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 491,3 milyon manat təşkil edib.

Sfera.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur.

Xatırladaq ki, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Bununla belə, sözügedən göstərici ilin əvvəlinə nisbətən problemli kreditlər 5,9%, son 1 ildə isə 15,9% azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,8% olub. Bu nisbət iyulun sonuna 10,9%, ötən ilin sonuna 12,2%, ötən il avqustun sonuna isə 14,4% təşkil edib. 


OXŞAR XƏBƏRLƏR