Maqazİn

Azərbaycanda polkovnik modelyer arvadını boşadı

Azərbaycanda polkovnik modelyer arvadını boşadı

Məşhur modelyer, "A Glamour" moda evinin rəhbəri Afaq İsmayılzadə həyat yoldaşı ilə boşanıb.

Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, boşanma prosesi bir müddət öncə qalmaqallı şəkildə baş verib. Bildirilir ki, həyat yoldaşı karyerasının ilk illərində modelyerin ən böyük dəstəkçilərindən biri olub və onun uğurlu fəaliyyəti üçün daim öz yardımını göstərib. Zaman keçdikcə modelyerlə əri arasında narazılıqlar yaşanmağa başlayıb və bu narazılıq o həddə çatıb ki, əri Afaq İsmayılzadə ilə ayrılmaq qərarına gəlib.

Boşanma prosesinin səbəbləri ilə bağlı hələlik tam dəqiqləşdirə bilmədiyimiz bir neçə versiyalar səsləndirilir. Bununla belə, qeyd olunur ki, boşanmaya səbəb o qədər güclü olub ki, cütlük şəhərin mərkəzində, hər kəsin gözü önündə böyük mübahisə yaşayıb, hətta bu mübahisə sonda Afaq İsmayılzadənin xəsarət alması ilə nəticələnib.

Qeyd edək ki, Afaq İsmayılzadə mətbuata açıqlamasında həyat yoldaşı ilə bağlı çox danışmasa da, onun polkovnik-leytenant rütbəsi daşıdığını bildirmişdi.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031