Azərbaycanda pensiya yaşı artırıla bilər

Azərbaycanda pensiya yaşı artırıla bilər

“Cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır”.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.DSMF sədrinin sözlərinə görə, demoqrafik göstəricilərin nəzərə alınması və dövri olaraq tənzimlənməsi pensiya sistemlərinin qarşısında olan mühüm vəzifədir: “Cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır. Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir. Ötən dövrdə biz bu istiqamətdə müəyyən tədbirlər aparmaqla, demoqrafik göstəricilərin tənzimlənməsi üzərində uğurlu bir fəaliyyəti yekunlaşdırmışıq. Amma uzun müddətli perspektiv üçün bizim maliyyə dayanıqlığına nail olmaq məqsədi ilə qeyd edilən istiqamətlərdə tədbirlərin reallaşdırılması zəruriliyi bizim apardığımız aktuar tədqiqatlarla ortaya qoyulub”. 

E.Mehdiyev pensiyaya çıxma yaşının artırılıb-artırılmayacağını belə şərh edib: “Yaxın günlərdə bu aktuar tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Burda müxtəlif alternativlər var. Bir sıra məsələlərə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu ilə bu, balanslaşdırılır. Amma hansı variant seçilməlidir? Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bunun üçün müəyyən alternativlər ortaya qoyulur. Yalnız o alternativlərdən sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ ki, tezdir”.

Aysel


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...