Azərbaycanda oğul 70 yaşlı anasına işgəncə verib və ...

Azərbaycanda oğul 70 yaşlı anasına işgəncə verib və ...

 Qobustan rayonunda 70 yaşlı anasına təcavüz etməkdə təqsirli bilinən 27 yaşlı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Bir neçə saatlıq müşavirədən sonra hakimlər zala qayıdaraq hökm elan ediblər. Cavid Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Cavid Məmmədov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 234-cü (qanunsuz narkotik vasitə əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham edilib.

İttihama görə, hadisə Qobustan rayonunda bu ilin may ayında baş verib. Mayın sonlarında Cavid Məmmədov anasından onu evləndirməyini tələb edib.

Anası isə oğlunun bu istəyinə məhəl qoymayıb, bildirib ki, səni kimi narkomana kim qız verər, heç kimin qızını alıb, onu bədbəxt etmək fikri yoxdur.
Anasının onu evləndirmədiyindən qəzəblənən gənc anasına təcəvüz edib. Bir ay ərzində dəfələrlə anasına işgəncə verərək onu zorlayıb. Buna dözməyən ana polisə şikayət edib.

Həbs olunacağını görən oğlan polislərin əlindən qaçmağa çalışıb və damarlarını doğrayaraq özünə ciddi xəsarət yetirib.

Mənbə: teleqraf.com

DİGƏR XƏBƏRLƏR