Azərbaycanda orta məktəb binası yandı

Azərbaycanda orta məktəb binası yandı
 Tovuzda yanğın qeydə alınıb.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.

Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 19:56-da yanğın bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR