Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? - Adil Qeybulla adını açıqladı
10:46 / 07.06.2021
2751
Bu gündən Azərbaycanda koronavirus əleyhinə
"Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda "Pfizer”lə yanaşı,
Çinin "Sinovac Biotech”, Rusiya istehsalı olan "Sputnik V” vaksinləri də istifadolunur.
Bu baxımdan vətəndaşlar seçim qarşısında qalıb və hansı vaksinin daha effektli
olması ilə maraqlanır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, ölkədə vaksinlərin seçimi insanların əlində
deyil: "Vaksinlərin nə qədər olmasından asılı
olmayaraq, onlar paylanılacaq. Ola bilər ki, kiməsə "Pfizer”, kiməsə "SinoVac”
və ya "Sputnik-V” düşsün”.
Müsahibimiz hansı peyvəndin daha effektli
olduğundan da söz açıb: ""Pfizer” matrisalı RNT tərkibli bir
vaksindir. Bu, biotexnologiyanın müasir üsulu ilə alınıb və effektlilik dərəcəsinə
görə ən yüksək səviyyəli peyvənd hesab edilir. Amma hamıya bunun vurulma imkanı
yoxdur. Çünki digər vaksinlər də var. İstifadə üçün "Pfizer” daha məqsədəuyğun
olsa da, bunu imkanlar daxilində etmək mümkündür”.
Günay Rəsulqızı