Cəmİyyət

Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı

Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı

Ötən gecə sosial şəbəkədə açılan canlı yayım zamanı gənc oğlan özünü asıb.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, Xəyal adlı gənc nişanlısından ayrıldığı və bu ayrılığa dözə bilmədiyini bildirərək canlı efir zamanı intihar edib.

Dostları sosial şəbəkə vasitəsilə onu bu əməldən çəkinməyə çağırsalar da 26 yaşlı Xəyal canlı efirdə həyatına qəsd edib.

Onun sağ qalması və ya dünyasını dəyişməsi barədə, hadisənin konkret hansı ünvanda baş verməsi haqda dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu gün səhər intihar videosu Xəyalın səhifəsindən silinib, dostları onun sağ qalmasını və videonu özünün sildiyini təxmin ediblər. 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031