Azərbaycanda mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq agentliyi yaradılacaq

Azərbaycanda mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq agentliyi yaradılacaq

Azərbaycanda gələn il mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq (KOS) agentliyi yaradılacaq.

Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, Azərbaycanda mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması nəzərdən keçiriləcək, agentliyin məqsəd və missiyası, eləcə də aparıcı prinsipləri müəyyənləşdiriləcək. İlkin mərhələdə agentliyin kollegial orqanı qurulacaq, özəl və dövlət sektorundan, yerli assosiasiyalardan və ali təhsil müəssisələrindən kollegial orqana nümayəndələr seçiləcək. Agentliyin prioritetləri, qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək, fəaliyyəti üçün zəruri maliyyələşdirmə mexanizmləri işlənib hazırlanacaq və lazımi resursların təmin edilməsi işinə baxılacaq.

Bildirilir ki, hökumət KOS agentliyinin fəaliyyətinin monitorinqini və qiymətləndirilməsini aparacaq, agentliyin kollegial orqanının üzvləri ilə birlikdə ilin əvvəlində illik hədəf planlar müəyyən edəcək və həmin hədəflərin icra vəziyyətinin monitorinqini həyata keçirəcək. Əldə olunan nailiyyətlərin, cari fəaliyyətin və mövcud çətinliklərin müzakirəsi, eləcə də növbəti illər üçün yeni hədəflərin müəyyən edilməsi məqsədilə hökumət KOS agentliyinin kollegial orqanının və rəhbərliyinin iştirakı ilə illik iclaslar keçirəcək.

Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması barədə dövlət və özəl sektor nümayəndələrinə məlumat verilməsi, habelə onun rolunun və gətirəcəyi faydaların müzakirəsi məqsədilə özəl qurumlar, beynəlxalq təşkilatlar, təhsil müəssisələri və digər maraqlı tərəflərlə görüşlər keçiriləcək. Rəsmi məktublar və dövlət KİV-ləri vasitəsilə KOS subyektləri KOS agentliyinin yaradılması və bu agentliyin fəaliyyətinin KOS-a gətirəcəyi faydalar barədə məlumatlandırılacaq, eləcə də agentlik və KOS subyektləri arasında əməkdaşlığın metod və mexanizmləri müzakirə ediləcək. KOS agentliyinin internet saytı yaradılacaq və bu sayt vasitəsilə KOS subyektləri mövcud fəaliyyətlər, xəbərlər və imkanlar haqqında məlumatlandırılacaqlar.



OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...