Azərbaycanda məmur xəstəxanada vəfat etdi

Azərbaycanda məmur xəstəxanada vəfat etdi
Göyçay rayon icra hakimiyyəti başçısının Kürdşaban kənd üzrə nümayəndəsi Həsənov Hafiz Qəşəm oğlu vəfat edib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Bakıda olan xəstəxanaların birində dünyasını dəyişib. 

Belə ki, bir neçə gün öncə səhhətində narahatlıq yaranan icra nümayəndəsi Bakıda olan xəstəxanaların birinə yerləşdirilib. O, bu gün ürəyindən əməliyyat olunması planlaşdırılsa da, qəfildən ölüb.

Mərhum doğulduğu Qarayazı kəndində dəfn edilib.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031