Azərbaycanda marketin 15 əməkdaşı kimyəvi maddədən zəhərləndi

Azərbaycanda marketin 15 əməkdaşı kimyəvi maddədən zəhərləndi
Cəlilabad rayonundakı ticarət mərkəzlərindən birinin 15 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ehtimal edilir ki, işçilər marketi təmizləyərkən kimyəvi maddədən zəhərləniblər. Hazırda zəhərlənmənin dəqiq səbəbi araşdırılır.

Virtualaz.org-a daxil olan məlumatı Səhiyyə Nazirliyindən təsdiqləyiblər.

Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, onlardan yalnız 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilib və həyatları üçün təhlükə yoxdur.

OXŞAR XƏBƏRLƏR