Azərbaycanda magistr təhsili alanların nəzərinə - Bunları bilirdiniz?

Azərbaycanda magistr təhsili alanların nəzərinə - Bunları bilirdiniz?

"Azərbaycan ali məktəblərinin əksəriyyətində magistr təhsili düzgün qurulmayıb. Düşünürəm ki, rektorların əsas işi bu məsələni qaydaya qoymaqdır”.

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O, magistr təhsili necə təşkil olunması ilə bağlı fikirlərini açıqlayıb:

"Əsasən, ali məktəblərdə magistr elmi-ixtisas dərəcəsini almaq üçün tələbələr hər semestr 5-6 imtahan verməli, kollokvium, fərdi iş, gündəlik qiymətləndimədə iştirak etməlidirlər. Sual olunur, bakalvr təhsilindən fərqi nədir magistr təhsilinin?

Magistr təhsili dünyanın qabaqcıl ölkələrində, əsasən, magistrantın tədqiqat bacarıqlarının inkişafına yönəlib. Belə ki, magistrın gündəlik qiymətləndirilməsi yoxdur, hər semestrin sonunda magistrantlar öz məqalələrini (azı 1) nüfuzlu jurnalarda və ya elmi konfranslarda çap etdirirlər. Ali təhsil müəssisələri magistr təhsilinin məzmununa fikir versələr, daha yaxşı olar.

Digər tərəfdən isə, magistr üçün təhsil haqları azaldılmalı, onların elmi tədqiqat işləri ilə məşğul olması üçün qrant layihələri verilməlidir.

Təklif edirəm ki, humanitar ixtisaslar üzrə magistr plan yerləri azaldılsın, əvəzində daha çox yeri texnologiya, informasiya və onun təhlükəsizliyi, kənd təsərrüfatı, iqtisadiyyat ixtisaslarının plan yerləri artırılsın. Magistr imtahanları isə yalnız ixtisas və xarici dildən olmalıdır”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.   Sfera.a...

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.   Sfe...

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...