Azərbaycanda mağazalarda məhsulların qiymətini artıran səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda mağazalarda məhsulların qiymətini artıran səbəb nədir? - AÇIQLAMA
Yeni ilin ilk günündən bəzi məhsulların qiyməti qalxdı. Buna əsas səbəb aksiz vergisinin qalxması idi. Tütün məmulatları, spirtli və enerji içkiləri, avtomobillərdəki qiymət artımı digər məhsullara da təsir etdi. Artıq xəbərlər gəlir ki, ərzaq məhsulları firmalar tərəfindən mağazalara yeni qiymətlə verilir.
 
Sfera.az-a açıqlamasında iqtisadçı Nazim Bəydəmirli bunları söyləyib:

 

"Azərbaycanda adətən yeni qiymətlərə təsir edən şaiyə və spekulyativ amillər daha çox olur. Yeni ildən avtomobillərə, spirtli içkilərə, tütün məmulatlarına tətbiq olunan yeni aksiz vergiləri zəncirvari olaraq digər mal və xidmətlərə də təsir edir. Belə demək olarsa hər hansısa sahədə qiymət artımı digər sahələrə də sıçrayır. Bunun heç bir iqtisadi əsası olmasa belə 30%-ə qədər qiymət artımı müşahidə olunur. İnflyasiya gözləntiləri şayiələr artıqda, hökumət üzvləri buna qarşı lazımi açıqlama vermədikdə həmişə yüksək olur. Hamı deyir ki, qiymət artırsa mən də artırıram. Əslində bunun qarşısını almağın yolu çıxıb doğru dürüst açıqlama vermək, statistikanı göstərmək və insanları sakitləşdirmək lazımdı”.

 

Ekspert bildirib ki, dolların indikindən daha yuxarı olan kursu da olub. 2 manata qədər qalxmışdı:

 

"Valyutanın kursunun inzibati yollarla müəyyən olunmasıyla bağlı xeyli açıqlamalar, sübutlar var. Bazar instrumentləri burada işləmir. Valyuta satanlar Neft Fondu və Mərkəzi Bankdı. Şaiyələr, gözləntilər üzərində insanlar lazım olmayanda da valyuta alırdılar. Bu da bazarda tələbi qaldırırdı”.

 

Nazim Bəydəmirli yeni qiymət artımının yaxşı heç nə vəd etmədiyini deyib. Üstəgəl qarşısının s fəsadlarını azaltmaq üçün müəyən tədbirlərin görülməsinin zəruriliyini qeyd edib:

 

"Son qiymət artımından yaxşı heç nə gözləmirəm. Bu fonda hökumətə məsləhət görərdim ki, daha çox iqtisadi fəaliyəti stimullaşdırsınlar, insanlar daha çox məhsul istehsal etsin, rəqabət yaransın. Qiymət artımının kökündə rəqabətin olmaması, monopoliya, məmur sahibkarlığının geniş yayılması, rüşvət və korrupsiya əsas rol oynayır”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...