Azərbaycanda \"ölüm arakəsmələri\" dəyişdirilir

Azərbaycanda \
Bakı - Sumqayıt yolunda 2 kilometrlik məsafə beton arakəsmələrlə əvəzlənib.
 

 Azərbaycanın avtomobil yollarında dəmir arakəsmələrin betonlarla əvəz olunamasına başlanılıb. ANS PRESS-in məlumatına görə, beton arakəsmələr həm şəhərlərarası, həm də Bakının giriş – çıxış hissələrində qoyulur. 

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ANS PRESS-ə açıqlamasında bildirdi ki, artıq Bakı Beynəlxalq Avtovağzalının qarşısından təxminən 2 kilometrlik məsafədə dəmir arakəsmələr beton plitələrlə əvəzlənib. 

Onun sözlərinə görə, ilkin mərhələdə avtovağzalın qarşısından "Ekologiya postu” deyilən əraziyə qədər olan yoldakı arakəsmələr əvəz ediləcək.

"Posta qədər olan 2 kilometrlik məsafədə arakəsmələr beton plitələrlə əvəz edilib. Şəhərdaxili yollarda belə beton plitələrdən istifadə olunmur", - deyə qurum rəsmisi bildirdi.

Anar Nəcəfli qeyd etdi ki, Azərbaycan istehsalı beton arakəsmələrdən Bakı – Ələt – Qazax yolunun Hacıqabul – Kürdəmir hissəsində, Şamaxıyolundakı Sulutəpə dairəsindən Müşviq qəsəbəsinə qədər olan məsafədə istifadə edilib. 

Anar Nəcəfli -
Anar Nəcəfli - "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri

Qurum rısmisi bildirdi ki, yollarda dəmir arakəsmələrin beton plitələrlə əvəzlənməsi iqtisadi cəhətdən sərfəlidir. 

"Şəhərdaxili yollarda belə beton plitələrdən istifadə olunmur"

"Qəzalar baş verən zaman avtomobillərlə yanaşı dəmir arakəsmələrədə ziyan dəyir. Bu isə yol təsərrüfatının korlanması ilə nəticələnir. Dəmirləri dəyişdirmək isə əlavə xərc tələb edir. Bu arakəsmələrin dəyişdirilməsi də asan və ucuz başa gəlir. Həmçinin dəmir arakəsmələrdən fərqli olaraq, betonlar zərbəyə daha dözümlüdür. Beton arakəsmələrin aşağı hissəsində təkər qaytaran əyri hissə var. Bu hissə olduğu üçün qəza zamanı arakəsmə ilə avtomobil arasında birbaşa əlaqə azalır. Nəticədə həm avtomobilə, həm də yol infrastrukturuna az ziyan dəyir”, - deyə Anar Nəcəfli bildirdi. 

Beton arakəsmə
Beton arakəsmə

Bundan əvvəl bir necə dəfə Azərbaycanda bəzi avtomobil yollarında dəmir arakəsmələrin keyfiyyəti ucbatından qəzalar zamanı ağır itkilər verib. Son dəfə isə belə hadisə 2015-ci il sentyabr ayının 17-də baş verib. Bakı - Sumqayıtyolunda mikroavtobus maneəyə çırpılıb. Nəticədə insan tələfatı daha da artmışdı. 

Bakı-Sumqayıt yolunda baş verən qəza
Bakı-Sumqayıt yolunda baş verən qəza

Oktyabr ayında isə Bakı-Sumqayıt yolunda avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza o qədər şiddətli olub ki, dəmir arakəsmə avtomobilin qabaq hissəsindən girərək arxasından çıxıb. Xarici dövlətlərdə də belə ağır qəzalar səbəbindən magistral yollarda dəmir arakəsmələr betonlarla əvəzlənib. Səudiyyə Ərəbistanı ən ağır qəzaların baş verdiyi dövlətlərdən biridir.

Səudiyyə Ərəbistanında beton arakəsmənin istifadə edildiyi yol
Səudiyyə Ərəbistanında beton arakəsmənin istifadə edildiyi yol

Belə yol nəqliyyat hadisələri zamanı dəmir arakəsmələrdən zərər çəkən avtomobillərin və insanların faizi yüksək olduğu üçün hökumətin qərarı ilə beton arakəsmələrin tətbiqinə başlanılıb. Türkiyədə isə belə dəmir arakəsmələr elastikləri ilə əvəzlənir. Avtomobil elastik arakəsməyə çırpıldıqda nəqliyyat vasitəsinə və yol infrastrukturuna çox az ziyan dəyir. 

Əksər hallarda baş verən qəzalarda sürücülər yol infrastrukturuna dəyən zinandan imtina edir. Bu səbəbdən dəyən zinan dövlət tərəfindən ödənilir. Elə buna görə də belə beton arakəsmələrin olması həm sürücülərə, həm də dövlətə sərf edər. Çünki yeni arakəsmələr qəza zamanı avtomobilə və yol infrastrukturuna dəyən ziyanı minumuna edirir. 

 



OXŞAR XƏBƏRLƏR