Azərbaycanda kütləvi ixtisarlar başladı - Bu qurumların əməkdaşları işdən çıxarılacaq - AÇIQLAMA

Azərbaycanda kütləvi ixtisarlar başladı - Bu qurumların əməkdaşları işdən çıxarılacaq - AÇIQLAMA
Azərbaycanda dövlət "şotu”na fəaliyyət göstərən üstəlik, ölkənin hesabından gəlirlər mənimsəyən xeyli qurumların olduğunu bilirik.

İl olub 2017-ci il və belə qərara gəlinib ki, həmin qurumlar dövləti batırmaq üzrədir.

Yaxşı, nə etməli? Ya gərək vəziyyətdən bixəbər adi işçilər ixtisar olunsun, ya da qurumun icarə etdiyi xidmət haqqı qaldırılsın. Əks halda önə yol yoxdur. Çünki artıq dövlət açıq-aşkar deyir ki, "Yükünüzü çəkə bilmirəm. Gedin özünüz dolanın”.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti birinci üsulu dəyərləndirmək qərarına gəlib. Məlumatlara görə, Bakı Metropoliteninin 500-ə yaxın əməkdaşı maliyyə çatışmazlığından ixtisar olunub. Qurumda yeni ixtisarların da baş tutacağı istisna olunmur.

Nə qədər acı olsa da, etiraf etməliyik ki, dövlət hesabına fəaliyyət göstərən digər qurumları da bu cür aqibət gözləyir.

İqtisadçı Natiq Cəfərli A24.Az-a müsahibəsində bildirdi ki, "Azərsu”, "Azərenerji” də işçilərini ixtisar edə bilər.



"Düzdür, dövlət hesabına maliyyələşən qurumlara verilən subssidiyalar azaldılacağı üçün maliyyə böhranı ilə qarşı-qarşıya qala bilərlər. Və nəticədə işçi ixtisarı apara bilərlər. Amma düşünmürəm ki, seçkiqabağı dəhşətli kütləvi ixtisarlar baş tutsun. Çünki bu gərginlik mənbəyi ola bilər”.

-Bu cür qurumların özəlləşdirilməsi məsələsi tez-tez gündəmə gəlir, Amma nədənsə bu addımı atmırlar. Sizcə bu nədən irəli gəlir?

-"Azərbaycanda özəlləşmə üçün zəmin yoxdur. Böyük özəlləşmənin həyata keçirilməsi üçün Azərbaycanda bir çox qanunverici aktlar dəyişdirilməlidir, münbit iqtisadi münasibətlər üçün rəqabətlilik mühiti artmalıdır, investorlar üçün ölkə cəlbedici hala gəlməlidir.

İkinci səbəb isə dövlət sturukturlarında çalışan məmurların çoxu özəlləşdirmədə maraqlı deyil. Çünki onlar bur cür qurumların dövlətin əlində olmasından istifadə edərək, öz maraqlarını həyata keçirirlər. Özəlləşmə olsa, orada korrupsiya halları mümkün olmayacaq. Çünki özəl sektor heç vaxt özü-özündən oğurlamır”.

-Eyni funksiyanı yerinə yetirən hansı qurumlar birləşdirilə bilər?

-"Bir-birinin funkasiyaları təkrarlayan çox sayda qurumlar var. Məsələn tikintiyə 14 orqan nəzarətetmə funksiyasını daşıyır. Burada birləşdirmə işi aparmamaq olar. Onları bir nazirlikdə və ya dövlət idarəsində  birləşdirmək olar. Yaxud ASAN xidmətdə insanların da razı qaldığı xidmət növləri var ki, hələ də dövlət sturukturlarında qalıb. Onlar ləğv edilə bilər. Bu sahədə müəyyən addımların atılması ehtimalı var”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...