Azərbaycanda kreditlər ucuzlaşdı

Azərbaycanda kreditlər ucuzlaşdı

Azərbaycanda həm manat, həm də dollarla kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

Sfera.az fins.az-a istinadən bildirir ki, Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq 0,13 faiz bəndi azalaraq bu il yanvarın 1-nə 12,05% təşkil edib.
Xarici valyuta ilə verilən kreditlər üzrə isə 0,56 faiz bəndi azalaraq 8,60% olub.
Bu müddətdə fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,07%-dən 15,71%-ə, xarici valyutada kreditlər isə 17,30%-dən 16,04%-ə enib.
Hüquqi şəxslərə manatla verilən kreditlər bahalaşıb, xarici valyutada isə ucuzlaşıb. Belə ki, dekabrda hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 8,36%-dən 8,55%-ə yüksəldiyi halda, xarici valyutada verilən kreditlərdə orta faiz 5,71%-dən 5,59%-ə enib.


OXŞAR XƏBƏRLƏR