Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl - ŞOK

Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl - ŞOK
 

Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.

Sfera.az  APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasına faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: "Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.

E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.

Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...