Azərbaycanda koronavirusa yoluxan daha 4 nəfər sağaldı
11:04 / 18.03.2020
8864
Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sfera.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - qərargahdan bildirilib.
Qeyd edək ki, bundan öncə 6 nəfər sağaldığı üçün evə buraxılmışdı. (yeni sabah)