Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlandı - RƏSMİ
19:00 / 25.03.2020
5135
Azərbaycanda koronavirua infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən şəxslərin sayı açıqlanıb.
Bu barədə Sfera.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Bildirilir ki, hazırda karantində olanların sayı 2 914 nəfərə çatıb. Onların müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.