Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ

Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ
"Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq".

Sfera.az bildirir ki, bunu qaynarinfo-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir:

"Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istəlinən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq". 

İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür: 

 

"Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəribaşdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip blədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir".


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...