Azərbaycanda kişilər qadınların sözüylə oturub, durur – Millət vəkilindən ilginc açıqlama

Azərbaycanda kişilər qadınların sözüylə oturub, durur – Millət vəkilindən ilginc açıqlama
 

"Toylarda mövcud israfçılığın aradan qaldırılması mənasız yaşam tərzimizə məna gətirə bilər. Ona görə də toy məclislərinin dəbdəbəli olması kimi vəhşi adətləri, yanlışlıqları davam etdirməliyik”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında Özbəkistanda ifrat toy məclislərinin keçirilməsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə və bununla bağlı qoyulan qadağalar fonunda Azərbaycanda da anoloji addımların tətbiqinin mümkünlüyünə toxunarkən, məsələyə ironik şəkildə yanaşan deputat Fazil Mustafa deyib:

  

"Düşünürəm ki, Özbəkistanda toy məclisləri ilə bağlı tətbiq olunacaq yeni qaydaların ölkəmizdə reallaşması zərərlidir. Biz vəhşi toy adətlərini davam etdirməliyik. Bütün məsrəfləri bu işə yönəltməliyik. Elə etməliyik ki, toy məclislərinin dəbədəbəli olması ömrünü hələ uzatsın. Əksinə, yas məclislərinə də çal-çağır və s. bu kimi dəbdəbəni tətbiq etməliyik ki, bunlar Azərbaycana məxsus bir adət-ənənə olsun”.

 

Deputat bildirib ki, toy və yas mərasimlərindəki dəbdəbənin aradan qaldırılmasına mərasim mafiyası maneə olur: "Hətta israfçılığın aradan qaldırılması ilə bağlı məsələ qaldırsan da, toy və yas mafiyası onun reallaşmasına əngəl olur. Amma əhalinin özü də məsələyə sağlam yanaşmır. Əhalinin böyük əksəriyyəti belə dəbdəbənin tərəfdarıdır. Dəbdəbəli toy adətlərimizin dəyişməsinə daha çox qadınlarımız müqavimət göstərir. Kişilər də onların sözü ilə oturub durur ki, bu da prosesi tormozlayır. Odur ki, ailələr də normal qurulmur, borca, xərcə düşürlər. Nəticədə proses elə bu minvalla da davam edir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” pl...