Azərbaycanda kişilər qadınlardan çox maaş alır – Maraqlı statistika

Azərbaycanda kişilər qadınlardan çox maaş alır – Maraqlı statistika
Azərbaycanda bütün sahələr üzrə kişilərin maaşı qadınların maaşından yüksəkdir.
 
Sfera.az bildirir ki, 2020-ci ilin sonuna olan məlumata əsasən orta əməkhaqqı qadınlarda 525,6 manat olduğu halda, kişilərdə 830,2 manatdır. Kişilərdə əməkhaqqı səviyyəsi qadınların aldığı maaşla müqayisədə 304,6 manat və ya 58 faiz çoxdur.
 
Qadın və kişilərin orta əməkhaqqı səviyyəsindəki fərq bütün iqtisadi fəaliyyət növlərində müşahidə edilir.
 
Ölkəmizdə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Burada orta hesabla kişilər 3455 manat, qadınlar 2081 manat maaş alır. Mədənçıxarma sənayesində maaş fərqi 1374 manat və ya 66 faizdir.
 
Maliyyə və sığorta fəaliyyəti əməkhaqqı səviyyəsi yüksək olan ikinci sahədir. Bu sahədə kişilərin orta maaşı 2022 manat, qadınların orta maaşı 1197 manatdır. Kişilər bu sahədə qadınlara nisbətən 825 manat, yaxud 69 faiz çox maaş alır.
 
Əməkhaqqı səviyyəsində ən böyük fərq olan sahələrdən biri də peşə, elm və texniki fəaliyyətdir. Burada kişilərin orta maaşı qadınların aldığı maaşdan 2 dəfədən də çoxdur. Kişilər 1547 manat maaş aldığı halda, qadınların maaşı 736 manat olub. Fərq 811 manat və yaxud 110 faizdir.
 
İnformasiya və rabitə sahəsində də əməkhaqqı yüksəkdir. Burada orta hesabla qadınlar 877 manat, kişilər 1168 manat maaş alır. Müqayisədən görünür ki, kişilərə qadınlardan 291 manat və ya 33,2 faiz çox maaş verirlər.
 
Ümumilikdə, Azərbaycanda muzdla çalışanların (1,69 milyon nəfər) böyük hissəsini kişilər təşkil edir. Muzdlu işçilərin 1,028 milyon nəfəri (60,8 faizi) kişilər, 670 mini qadınlardır. Qadınların sayı kişilərdən üç fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində (55,2%), təhsildə (46,6%) və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə (24%) çox olub.

Vasif
 
  
 

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft...

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...