Azərbaycanda kəskin hava şəraiti zamanı 5 nəfər xəsarət alıb
10:56 / 18.01.2019
1770
Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.
Bunu Səhiyyə Nazirliyindən bildiriblər.
Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.
Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: "Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”.
Xatırladaq ki, ötən gün güclü külək nəticəsində "Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.