Azərbaycanda kartof və soğan nə vaxt ucuzlaşır?

Azərbaycanda kartof və soğan nə vaxt ucuzlaşır?
Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.

Sfera.az xəbər verir ki, bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.

V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib: "İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub".

Ekspert deyib ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.
Qeyd edək ki, hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun qiyməti isə 1-1.30 arasında dəyişir.

Xatırladaq ki, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib.

Qurumun qərarı ilə soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burda məqsəd ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir.

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...