Azərbaycanda karantinlə bağlı daha bir qadağa LƏĞV OLUNDU

Azərbaycanda karantinlə bağlı daha bir qadağa LƏĞV OLUNDU
 

İyunun 21-dən etibarən ölkədə elan olunan sərtləşdirilmiş xüsusi karantin rejimini ilə əlaqədar "DOST” mərkəzlərində fasilə verilən vətəndaş qəbulu bərpa olunub.


Sfera.az xəbər verir ki, mərkəzlər saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olub.

 

İlk gündə Bakı şəhərində fəaliyyət göstərən DOST mərkəzlərinə rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Müraciət edən vətəndaşların ümumi sayı 1 718 nəfər olub.

 

"DOST” mərkəzlərinə daxil olan vətəndaş müraciətlərinin 74%-i əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər üzrə, 17%-i məşğulluq sahəsində göstərilən xidmətlər üzrə, 5%-i əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər üzrə, 4%-i isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi üzrə olub.

 

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl edilib. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılıb. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilib.

 

Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyun ayının 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri yalnız e-poçt və "Çağrı Mərkəzi 142” vasitəsilə qəbul edilirdi.

 

Xatırladaq ki, hazırda Bakı şəhərində 3 "DOST” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər paytaxtın Yasamal, Səbail, Qaradağ, Nizami, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarından qeydiyyatda olan əhaliyə xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....