Azərbaycanda karantin bu halda tam ləğv edilə bilər

Azərbaycanda karantin bu halda tam ləğv edilə bilər
Azərbaycanda karantin ümumiyyətlə ləğv oluna bilərmi?

Bu və digər suallara terapevt, Tibb elmləri namizədi Eldar Kamranov milli.az-a müsahibəsində cavab verib. 

Sfera.az müsahibəni təqdim edir:

- Peyvənd olunanlar arasında təkrar yoluxma halları var. Xəstəliyi qarşıdakı həftələrdə nəzarətdə saxlamaq mümkün olacaq?

- Vaksinasiyadan təxminən bir ay sonra bədəndə anticisimlər (immunoqlobin-C) formalaşır. Yəni birinci dozadan 4-5 həftə sonra xəstəliyə qarşı immunitet yaranır. Peyvəndin müsbət nəticəsini biz müəyyən vaxtdan sonra hiss edəcəyik. Baxmayaraq ki, heç kim ikinci dəfə yoluxmadan sığortalanmır. Minimum peyvənd 5-6 ay xəstələrdə imunnitet yaradacaq. Dövlət pandemiyanı bu qədər nəzarətdə saxlamasa, o zaman yoluxma sayı ağılkəsməz səviyyədə olardı, bəzi ölkələrin gününə düşə bilərdik. Hazırda ölkəmizdəki epidemioloji vəziyyət dözüləsi həddədir. Xəstəlik tam olaraq dövlətin nəzarətindədir.

- Vaksinin iki dozası vurulan şəxslərə karantin qaydaları ilə bağlı hansısa güzəştlər edilə bilərmi?

- Düşünürəm ki, yaxın gələcəkdə əgər sərt karantin rejimi tətbiq edilərsə, vaksinin hər iki dozası vurulan vətəndaşlarımız üçün imtiyazlar ola bilər. Bu məsələ çox real görünür, çox düzgün də qərar olar. Həmin şəxslər karantin rejiminin bir çox qaydalarından azad ola bilər.

- COVİD-ə təkrar yoluxma həyati təhlükə yarada bilərmi?

- Müşahidəmə əsasən, deyə bilərəm ki, təkrar yoluxan xəstələr xəstəliyi çox yüngül keçirirlər. Özləri də etiraf edirlər ki, "doktor, əvvəlki vəziyyət deyil". Təkrar yoluxanlar da hiss edir ki, artıq əvvəlki kimi sərt ağrılar, yüksək temperatur olmur. Çünki xəstəliyi keçirənlərin bədənində artıq anticisimlər formalaşıb.

Koronavirus təhlükəsindən xilas olmağımız üçün əhalinin neçə faizinin peyvənd olunması vacibdir?

- Təxminən əhalinin yarısı peyvənd olunarsa, kollektiv immunitet formalaşar və nəticədə yoluxanların sayı çox aşağı düşər. Ümumi götürsək, xəstəliyi keçirənlərlə peyvənd olunanlar əhalinin 2/3 hissəsini, 65-70%-ni təşkil etsə, COVİD təhlükəsi tam dayanar və bütün məhdudiyyətlər aradan götürülə bilər".

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...