Azərbaycanda istirahət niyə baha başa gəlir? - Hotellərin \"ulduz\" problemi

Azərbaycanda istirahət niyə baha başa gəlir? - Hotellərin \
Azərbaycana gələn turistlərin sayında öncəki illərlə müqayisədə artım olsa da, qiymətlərdə azalma müşahidə edilmir. 

Bu gün Azərbaycan turizminin inkişafına, qiymətlərin aşağı düşməsinə mane olan bir çox səbəblər var. İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında bu problemləri aradan qaldırmaq üçün görülməsi vacib olan tədbirlərdən danışıb:

"Ölkəyə gələn turistlərin sayında ciddi artım olsa da, rəqabətli mühitin olmaması, obyektlərin sayının azlığı qiymətlərin yüksəlməsinə təsir edir. Turistlərin sayında artıma əsas səbəb vizanın sadələşdirilməsi oldu. Yalnız bundan sonra Azərbaycana axın artdı”. 

N.Cəfərli bildirir ki, hotellərin sayının azlığı, regionlarda turistlərə birdəfəlik qazanc mənbəyi baxılması və bu kimi digər amillər də əsas problemlərdən biridir. Hotellərin sayı artsa, rəqabətli mühit yaransa, o zaman qiymətlərin enməsini müşahidə edə biləcəyik".

İqtisadçı bildirir ki, fərqli seçimlərin olmaması qiymətlərə təsir edən başlıca amillərdəndir:

"Bakıdakı hotellərin hamısı 5 ulduzludur. Bu da düzgün yanaşma deyil. 2 yaxud 3 ulduzlu hotellərin olması da vacibdir. Çünki turistlər istəyir ki, normal, səliqəli 2 ulduzlu hotellər, yaxud da, hostellərdə qalaraq qənaət etdikləri vəsaiti əyləncəyə, gəzməyə, tarixi yerləri görməyə xərcləsinlər”.
 
Qiymətlərin enməsinə mane olan digər əsas problem isə təşviq proqramının həyata keçirilməməsidir: 

"Kifayət qədər təşviq proqramlarının olmaması, son iki ildə 2 yaxud da 3 ulduzlu hotellərin təşviqi ilə bağlı əsaslı addımların atılmaması da əsas manelərdəndir. Hökumət proqram qəbul etmişdi ki, 2 və 3 ulduzlu hotellərin və hostellərin təşviqini aparanlar vergidən azad oluna və uzunmüddətli aşağı faizli kreditlər əldə edə bilərlər”.
 
Nigar Məhərrəm
Sfera.az
 




OXŞAR XƏBƏRLƏR

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...