Azərbaycanda istehsal olunan tikinti materiallarının dəyəri 4% artıb
Azərbaycanda bu ilin yanvar-avqust aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri keçən ilin müvafiq dövrü ilə nisbətdə 4,2% artaraq 517,1 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata əsasən, ötən dövr respublikada tikinti kərpicinin, əhəngin, hörmə üçün hazır beton qarışığının istehsalı artmış, sementin, betondan yığma tikinti konstruksiyalarının, tikinti gipsinin istehsalı isə azalıb.
Tikinti materiallarının istehsalı:
Məhsul növləri |
2019-cu ilin yanvar-avqust aylarında istehsal olunub |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.09.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, min ton |
2 225,3 |
98,9 |
73,2 |
Tikinti gipsi, min ton |
7 |
18,4 |
2,4 |
ondan əmtəəlik |
6,9 |
96,2 |
2,4 |
Tikinti əhəngi, min ton |
30,1 |
154,7 |
2,7 |
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton |
67,9 |
122,2 |
45,1 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
29,2 |
45,2 |
5,5 |
Asfalt, min ton |
207,4 |
104,5 |
- |
Tikinti kərpici, min kub metr |
246,2 |
147,7 |
16,4 |
Hörmə üçün hazır beton qarışığı, min ton |
1 118,6 |
116,9 |
- |
Emal olunan mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton |
23 917,4 |
120,5 |
352 |