Azərbaycanda intihar bumu: 57 nəfər niyə özünə qəsd etdi? ANALİZ

Azərbaycanda intihar bumu: 57 nəfər niyə özünə qəsd etdi? – ANALİZ
Bu ilin ilk 4 ayında Azərbaycan mediasında 57 intihar hadisəsi haqda məlumat yayımlanıb. Mediada yayılan məlumatları toplayaraq belə qənaətə gəlmək olar ki, ilin ilk rübündə 44, ötən ay isə 13 intihar hadisəsi baş verib. 

Bəzən bu hadisələrin mediada işıqlandırılmasının əks təsir göstərdiyi və intihar fikrinin adiləşdirildiyi deyilir. Ancaq məsədimiz intiharların sayını göstərməklə bu məsələyə diqqət çəkmək, gündəmdə saxlamaq, çıxış yolu tapılması üçün düşünməyə sövq etmək və intiharın son seçim olmadığını bildirməkdir.
 
İlk olaraq baş vermiş intihar hadisələrinə nəzər salaq:

Aprelin 1-də Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib. Şəxsin kimliyi haqda ətraflı məlumat verilməyib.

Aprelin 2-sində Şamaxı rayon sakini 17 yaşlı Ulduz Mirzəliyeva intihar edib. Ulduz Mirzəyeva nişanlı olub.

Aprelin 4-ündə Neftçala rayonunda intihar hadisəsi baş verib. Orta yaşlı bir qadın özünü Kürə ataraq intihara cəhd edib. Lakin mediada bu hadisə haqda daha geniş məlumat yayımlanmayıb, şəxsin kimliyi açıqlanmayıb.

Aprelin 5-də Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib. Hadisə Xırdalan şəhərində baş verib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. İntihar edən qadının musiqi müəllimi olduğu deyilir. Mərhumun 1 azyaşlı qızı vardı.

Aprelin 5-ində digər intihar hadisəsi isə Cəlilabad rayonununda baş verib. Rayonun Cəlayir kənd sakini, 1968-ci il təvəllüdlü Yasəmən Elyas qızı Nağıyeva intihar edib. Məlumata görə, Ə. Nağıyevanın psixoloji problemləri olub.

Aprelin 6-sında paytaxtda 35 yaşlı 1983-cü il təvəllüdlü Anar Bəxtiyar oğlu Cəbrayıllı intihar edib. Hadisə  Xətai rayonu ərazisində qeydə alınıb. 
  
Aprelin 9-sunda Neftçalada 66 yaşlı Xıllı qəsəbə sakini Ələkbər Saleh oğlu Zülfəliyev intihar edib.  Mərhum uzun illər kənd məktəbində hərbi hazırlıq müəllimi işləyib. 1992-ci ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. Daha sonrakı illərdə ruhi xəstəliyə düçar olduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. 6 il orada qaldıqdan sonra kəndə qayıdıbmış.

Aprelin 9-da daha bir inthar hadisəsi baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Nahid adlı 21 yaşlı gənc yaşadığı mənzildə intihar edib. Mərhumun külli miqdarda borcu olduğu söylənilib. 

Aprelin 10-unda Hacıqabulda 23 yaşlı bir uşaq anası 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı intihar edib. Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı qayınatasının evində intihar edib. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevadan 2 yaş kiçik olan bacısı Kifayət də toyuna bir neçə müddət qalmış ata evində intihar etmişdi.  

Aprelin 17-sində 1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu  Bakıda Narkoloji Dispanserdə intihara cəhd edib.  

Aprelin 20-sində 26 yaşlı Tovuz rayon sakini Fazil Abdiyev intihar edib. Tikinti sahəsində mühəndis işləyən F.Abdiyevin psixoloji problemləri olduğu söylənilir. Mərhumun hətta ötən il də eyni vaxtda intihar cəhd etdiyi də söylənilib. 

Aprelin 22-sində isə Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı intihar edib.

Aprelin 25-ində 62 yaşlı Balakən sakini Sabir Qurban oğlu intihar edib. 

Aprelin 29-unda 1966-cı il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Bəhmən İbrahim oğlu intihar edib.

Bu gün isə 1997-ci il təvəllüdlü Elvin Əli oğlu metroda Zülfüqarov dostu ilə mübahisə etdikdən sonra intihara cəhd edib.

Baş vermiş intihar hadisələri haqda yayılan məlumatlara istinadən belə şəxslərin çoxunun psixoloji və pisixi durumunun normal olmadığını qeyd etmək olar.
Mediada yayılan məlumatlara əsaslansaq, belə bir rəqəm əldə edirik: ümumilikdə, apreldə 13 intihar hadisəsi və 2 intihara cəhd baş verib. Sfera.az-ın ilin ilk rübü üçün mediadan topladığı məlumatlara əsasən deyə bilərik ki, ilin ilk 3 ayında daha çox 17-36 yaşlı şəxslər intihar edib. Təkcə apreldə intihar edənlərin ikisi 60-66 yaş, digər ikisi isə 35, daha ikisi isə 50 yaşında olub. İntihar edənlərdən ən gənci isə 17 yaşlı qız olub. İntihar edən digər şəxslər isə 21, 23, 26, 42, 50 və 52 yaşlarında olublar. 

Mediada yayılan intihar xəbərlərinə nəzər yetirsək, görərik ki, yanvarın 1-dən bu günədək Azərbaycanda intihar edənlərin sayı 38 olub. Diqqətçəkən məqamlardan biri də odur ki, intiharların bir çoxu demək olar ki, eyni bölgələrdə baş verir. Bu sırada biz ötən aylarda Şəki, Sumqayıt, Netçala şəhərlərinin adını çəkə bilərik. Bu ay isə bu siyahıda Bakı ilk sırada yer alıb. 

Belə ki, bu ay ərzində Bakıda 4 intihar hadisəsi baş verib. Bakıdan sonrakı yerdə isə Neftçala və Cəlilabad rayonudur. Ötən ay və cari ayda mediada yayılan məlumatlara əsasən, Neftçalanı daha çox intihar edilən bölgələrdən biri hesab etmək olar. Təkcə bu ayda hər iki rayonda ayrılıqda olaraq 2 intihar hadisəsi baş verib. Bu ay digər intihar hadisələri isə Balakən, Gəncə, Lənkəran, Tovuz, Şamaxı, Sumqayıtda qeydə alınıb.

Maraqlıdır, intiharların adı çəkilən bölgələrimizdə daha çox baş verməsi nə ilə əlaqədardır? 

Psixoloq Elnur Rüstəmov Sfera.az-a açıqlamasında genetik, sosial və psixoloji faktorların burada rolunun danılmaz olduğunu deyib:

"Bir şey haqda nə qədər çox yazılsa, o cür hadisələr daha çox baş verir. Bir bölgədə bu cür hadisələrin daha çox olması da, məhz bu amillə bağlıdır. Biri intihar edir və digərləri də ona baxır, bu yola əl atır. Artıq intihar xəbərləri daha tez yayılır. Görün ölüm necə ucuzlaşıb”.

İntihar yarımçıq qalmış arzular, xəyallardır. İntihar çıxış yolu deyil, ola da bilməz. Sadəcə olaraq daha inamlı olmaqla mübarizə aparıb xırda əngəlləri aşmaq lazımdır. Xırda, çünki ölümün qarşısında hər şey xırdadır. Bir tək ölümə çarə yoxdur. Odur ki, ətrafınızdakı insanların intihara meyilli olduğundan şübhələndiyiniz halda gecikməyin və onu psixoloji yardım almağa təşviq edin. Sonra gec ola bilər. 


Nigar Məhərrəm
Sfera.az
 
Bu ilin ilk rübündə baş verən intihar hadisələri haqda daha ətraflı:




OXŞAR XƏBƏRLƏR

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat ver...

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 17-də Azərbaycanda havanın əsasən yağmursuz, bəzi yerlərdə isə duman olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya...

"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru

"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro komandanın bu yay transferləri haqqında danışıb.   Sfera.az bildirir ki, o, bir oyunçunu...

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb...