Azərbaycanda insan alveri ilə məşğul olan 8 cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycanda insan alveri ilə məşğul olan 8 cinayətkar qrup zərərsizləşdirilib
 Azərbaycanda insan alveri ilə məşğul olan 8 cinayətkar qrup zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu daxili işlər naziri general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin geniş Kollegiya iclasında deyib.

R.Usubov qeyd edib ki, insan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub:

"Nəticədə 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. Qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib".
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR