Azərbaycanda ilk dəfə - Gəncə şəhərində kinoteatr açılır - FOTO

Azərbaycanda ilk dəfə - Gəncə şəhərində kinoteatr açılır - FOTO

Uzun zamandır gözlənilən bir yenilik, nəhayət ki, baş tutdu! Belə ki, Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açır. Builki Azərbaycanın premium kinoteatrı "CinemaPlus" həyata keçirdi.

Milli.Az bildirir ki, "Xəmsə Park" adlı məkanda yeni istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin 4-cü mərtəbəsində "CinemaPlus Xəmsə" kinoteatrı kinosevərlərin ixtiyarına verilir.

"CinemaPlus Xəmsə" ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün oldu ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda "CinemaPlus Xəmsə" kinotetrını sakinləri sevdiyi məkana çeviriləcək.

Həmçinin "CinemaPlus Xəmsə" kinoteatrında Türk və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək.

"CinemaPlus Xəmsə" 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zalları Avropa istehsalı olan yüksək dərəcəli rahat kreslolarla təchiz edilmişdir. Xüsusi ilə qeyd etmək olar ki, dünyada 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects" şirkəti "CinemaPlus Xəmsə" kinoteatrının da dizayn işlərini tam olaraq görmüşdür.

Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik 4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər, və.s sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir.

Qiymətlərə nəzər yetirdikdə, görmək olar ki, Bakıda fəaliyyət göstərən kinoteatrlardan xeyli aşağıdır.

Seanslar Vaxt         Format Qiymət Format Qiymət

Səhər 10:00-12:00      2D     2 azn    3D         3 azn

Günorta 12:00-18:00  2D     3 azn      3D        4 azn

Axşam 18:00-00:00    2D      5 azn     3D           6 azn

VİP Seansların vaxtından və formatından asılı olmayaraq 15 azn

Kino nümayişlərindən əlavə olaraq, kinoteatrın digər əsas məqsədi reklam cəlb etməkdir. Bununla bağlı Gəncədə fəaliyyət göstərən şirkətlər üçün xüsusi reklam təklifləri hazırlanır.

"Cinema plus" MMC paytaxtdan başqa digər regionlarda da yeni kinoteatrların təşkil edilməsini planlaşdırır. İlkin olaraq Gəncə şəhərində 2 kinoteatrın fəaliyyətə başlaması nəzərdə tutulub. Bu da regionlarda hər kinoteatrda təxminən 100 yeni iş yerinin açılışı və regionlarda reklam bazarının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bölgələrdə yaşayan tamaşaçılar Azərbaycan və xarici kinematoqrafçıların yaradıcılığından bəhrələnəcək. Ümumiyyətlə, kinoteatr şəbəkəsinin inkişafı insanların əyləncə imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcəkdir.

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

 





OXŞAR XƏBƏRLƏR

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...