Azərbaycanda ilk audiofilm - \"Bir gülün, bir günün tarixi\"

Azərbaycanda ilk audiofilm - \

"Avto Radio"Azərbaycan radio məkanında yeniliyə imza atıb. Belə ki, radio 20 Yanvar faciəsi zamanı şəhid olan həmvətənlərimizin xatirəsinə həsr olunan xüsusi layihə hazırlayıb.

Milli.Az xəbər verir ki, "Bir gülün, bir günün tarixi" adlı radiolayihədə 1990-cı ilin 20 yanvar günü baş verən hadisələrdən və qərənfillə bağlı indiyə kimi heç kimin bilmədiyi məqamlardan danışılır.

"Avto Radio 107.7 fm"in direktoru Cavid Nemətzadə bildirib: "Azərbaycanlı olaraq şəhidlərimiz üçün belə bir audiofilm hazırlamaq ideyası irəli sürüldü və yaradıcı heyətlə bu filmi hazırlamaq qərarına gəldik.
Əslində, bu, bir yenilikdir. Təxminən bir aydır ki, biz bu audio film üzərində işləyirik. Filmdə müsahibələri olan şəxslər həmin günü canlı yaşayan və Bakı kəndlərinin gülçülük təsərrüfatı sahibi olan sakinləridir. Məqsədimiz şəhidlərimizin xatirəsini əziz tutmaq, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizədə canından keçən şəxslərin ailələrinə təsəlli verməkdir. Bir sözlə, hər kəsi "Bir gülün, bir günün tarixi" filmini dinləməyə çağırıram. Bu, bizim ilk belə layihəmizdir. Bu layihəni gələcəkdə də davam etdirməyi planlaşdırırıq".

Qeyd edək ki, qərənfilin sevgi gülündən şəhidlər gülünə necə çevrildiyini izah edən və ona indiki tələbatdan bəhs edən audiofilm bu gün "Avto Radio" vasitəsilə dinləyicilərə təqdim olunacaq.

 



OXŞAR XƏBƏRLƏR

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...