Azərbaycanda iki nəfər qorxunc infeksiyaya yoluxdu - biri öldü

Azərbaycanda iki nəfər qorxunc infeksiyaya yoluxdu - biri öldü

Sabirabadda iki nəfərdə "qara yara" xəstəliyi aşkarlanıb, onlardan biri dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib:

"Öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını ehtimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıblar. Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə "qara yara" olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayonuna Taun Əleyhinə Stansiyaya göndərilib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyanın mütəxəssisləri "qara yara" xəstəliyi diaqnozunu təstiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparılması qərarına gəliblər".

Nazirlikdən bildirilib ki, iyul ayının 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri - 60 yaşlı kişi dünyasını dəyişib:

"Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir".

Qeyd edək ki, bu xəstəlik xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlikdən 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər xəstəliyə yoluxma ölümlə nəticələnməyib.


 


OXŞAR XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...