Azərbaycanda iki bank birləşir

Azərbaycanda iki bank birləşir

Bir müddət əvvəl elan olunan "AGBank" ASC ilə "DəmirBank" ASC arasında nəzərdə tutulan 

konsolidasiya prosesinə xitam verilib.

"AGBank"dan Milli.Az-a verilən məlumata görə, bununla belə, çoxillik fəaliyyəti nəticəsində

 əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara 

uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək

 peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini 

daha da artırmaq məqsədilə "AGBank" ASC digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb.

 
Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan "Bank Standard" KB ilə ilkin razılaşma

 əldə olunmuş və bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral

 tarixində Niyyət protokolu imzalayıb.

 
Razılaşmaya əsasən, bankların nümayəndələrindən ibarət işçi qurupu "AGBank" ASC-nin OSC

 "Bank Standard" KB-a qoşulması layihəsinin gerçəkləşdirilməsi istiqamətində birgə işlər aparacaq.


OXŞAR XƏBƏRLƏR