Azərbaycanda hərbi xidməti bitirənlər evə buraxılmayacaq

Azərbaycanda hərbi xidməti bitirənlər evə buraxılmayacaq

"Bu gün Milli Məclisdə  hərbi xidmətə çağırışla bağlı qanun layihəsinə dəyişiklik ediləcək”.

Bu barədə  Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə. Dəyişikliyə görə, çağırış müddəti mayın 31-dək uzadılacaq. Hərbi xidmət müddətini başa vuranların ehtiyata buraxılmasına gəlincə, deputat deyib:

"Cənab Prezidentin çağırışın elan edilməsi və xidmət müddəti başa çatan hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı Fərmanı var. Həmin Fərmanda çağırış müddəti mayın 31-dək uzadılır və müvafiq olaraq xidmət müddətini başa vuranlar da həmin tarixə qədər xidmətlərini davam etdirəcəklər. Əlbəttə bu onlar tərəfindən vətənə sadiq xidmətin bir nümunəsi olacaq. Çünki xüsusi karantin rejimi dövründə hərbi xidmətə çağırış xüsusi qaydalarla tənzimlənir”.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...