Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq
11:59 / 11.07.2019
2272
"Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq”.
APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq: "Biz bunu pilot layihə zamanı da tətbiq etmişdik. İki hissə ondan ibarətdir ki, həkimin aldığı əməkhaqqı sabit olacaq və onun göstərdiyi fəaliyyətə görə əməkhaqqına əlavələr olacaq”.