Azərbaycanda HAMINI TƏƏCCÜBLƏNDİRƏN oğrular - Onlar çox uzağa gedə bilmir

Azərbaycanda HAMINI TƏƏCCÜBLƏNDİRƏN oğrular - Onlar çox uzağa gedə bilmir
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qeyri-adi oğurluqlar az olmur. Belə oğurluqlara həm şəhər, həm də kənd yerlərində rast gəlinir. "Çoxbilmiş" oğrular öz istəklərini reallaşdıra bilsələr də, digərləri kimi tez-gec onlar da polislər tərəfindən ifşa olunurlar.

Yeniavaz.com son illər Azərbaycanda baş vermiş qeyri-adi oğurluqlar barədə məlumatları təqdim edir.

1. Elə bu yaxınlarda Bakıda - günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı "Kapital bank" bankomatını iki nəfər "laqonda" ilə yarıb, 173 min manatı oğurlayıb. Üzlərində əleyhqaz olub. Oğrular mühafizəçini də aldadıblar. Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş, nə edirsiniz? Soyuqqanlılıqla cavab veriblər ki, bəs, "Sanepidemstansiya"dan gəlmişik, buraları dərmanlayırıq. Maskalılar pulu götürüb gediblər...

2. Xətai rayonunda oğrular evi soymazdan əvvəl qəhvə içiblər. Hadisə paytaxtın Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi, bina 11, mənzil 20 ünvanında qeydə alınıb. Evin sahibəsi Mənsurə Əsgərova bildirib ki, oğrular qapını açarla açıb, daha sonra mənzili axtarmağa başlayıblar. Mənzildən təxminən 1000 manat dəyərində qızıl, eləcə də, bahalı ətirlər götürülüb. Oğrular mənzildə özlərini ev sahibi kimi aparıblar. Onlar mətbəxdə qəhvə içiblər, siqaret çəkiblər, soyuducunu ələk-vələk ediblər.

3. Daha bir qeyri-adi oğurluq hadisəsi Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərov küçəsi 1 ünvanında baş verib. Oğurluq anı kameralara düşüb. Oğru əvvəlcə velosipedini səliqəli şəkildə parklayıb, daha sonra pəncərədən evə daxil olaraq oğruluq edib. Diqqəti cəlb etməyən oğru pəncərədən evə daxil olaraq pul, dəyərli əşyalar ələ keçirib, qalan ev əşyalarını isə sındıraraq aradan çıxıb.

4. Növbəti oğurluq Cəlilabad rayonunun Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsinin sakini Ələsgər Hüseynova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Oğurluq baş verən zaman ev sahibinin oğlu Anar Hüseynov otaqda yatıbmış. Ailə üzvləri oğurluğun planlı şəkildə həyata keçirildiyini, qabaqcadan onlara yuxu dərmanı verildiyini və ya mənzilə qaz buraxıldığını deyiblər. O da bildirilib ki, oğrular sandıqdakı 6-7 min manat dəyərində olan qızıl-zinət əşyalarına toxunmayıblar.

5. Tovuz rayonunun Əlibəyli kəndində isə oğrular mağazadan "Nisyə dəftəri"ni oğurlayıblar. Mağaza sahibi işə gedərkən dükanın qapı və pəncərələrinin sındırıldığını görüb. O, dərhal bu barədə rayon polis şöbəsinə bildirib. Bəlli olub ki, mağazada kənd sakinlərinin borclarının qeyd olunduğu 2 "Nisyə dəftəri" olub və məhz həmin dəftərlər oğurlanıb.

6. Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, "Mitsubishi" markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb.

7. Masallı rayonunun Mollaoba kənd sakini, loğman (təbib) kimi tanınan Kamal Məmmədovun yaşadığı evin zirzəmisindən 20 min ədəd tibbi zəli oğurlanıb.

8. "BakuBus" MMC-nin avtobusuna daxil olan bir qrup şəxs qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayıblar.
Avtobusda olan bütün sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan qəza çəkicinin elə onların gözü önündə açıq aşkar şəkildə oğurlanmasına heç bir sərnişin müdaxilə etməyib.

9. Şəmkirdə isə "humanist" oğru hamını təəccübləndirib. Mətbuatda yayılan xəbərlərə görə, həmin şəxs sahibsiz evlərə qanunsuz daxil olaraq oradan pul və qiymətli əşyalar oğurlayıb. Ancaq qarşısına çıxan qızıl-zinət əşyalarına dəyməyib.

10. Cəlilabad sakini Nəsir Quliyevə məxsus fərdi təsərrüfatda da qeyri-adi oğurluq olub.
Naməlum şəxs və ya şəxslər xüsusi alətlərdən istifadə etməklə təsərrüfat sahibinin quş damına girərək, oradan xeyli sayda toyuq-cücə, ördək və hind toyuğu oğurlayıblar. Maraqlıdır ki, oğrular ev quşları səs salmasın deyə, onların dimdiklərini yapışqan kağızlarla bağlayıblar.

11. Zərdab rayonunda oğurluq edənlər isə özlərini dilənçi kimi təqdim ediblər. Rayonun Təzə kənd sakini Gülgəz Bəkirovanın evinə özünü dilənçi kimi qələmə verən Yevlax rayon sakini Mehriban Abışova gəlib. Ev sahibəsi Gülgəz Bəkirova ilə söhbət edərkən ona kömək edəcəyini bilidirib. Gülgəz Bəkirova yaxın vaxtlarda gəlininin öldüyünü və ona çox təsir etdiyini bildirib.
Mehriban Abışova əvvəlcədən kağız parçasına yığıb bağladığı daşları hazırlayaraq cibində saxlayıb. Daha sonra mərhum gəlinin qızıllarını digər kağız parçasına yığaraq bağladıqdan sonra daş ilə dəyişib və ev sahibəsinə 3 gün müddətində onu açmamağı tapşırıb. Özünü dilənçi kimi qələmə verən Mehriban Abışov evdən çıxıb getdikdən sonra aldadıldığını başa düşüb.

12. Masallı polisi evindən oğurluq olunduğunu iddia edən şəxsi ifşa edib. Belə ki, 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyalarının və 5 min manat pulun oğurlandığını bildirib. Əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğun ev sahibinin köməyi ilə həyata keçirildiyi müəyyənləşib. Məlum olub ki, ailəli və iki övlad sahibi olan İsmət Şükürov ailəsi ilə birgə toy mərasimində iştirak edib. Oğurluq hadisəsi də ailə toyda olan vaxt törədilib.

13. Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin barelyefi oğurlanıb. Dramaturqun oğlu Səbail Rayon Prokurorluğuna müraciət edib.

Qeyd: Bu oğurluq hadisələrinin demək olar hamısı polislərimiz tərəfindən isti izlərlə açılıb.
 

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...