Krİmİnal

Azərbaycanda gəlin qayınatanı zəhərləyib öldürmək istədi - SENSASİYA

Azərbaycanda gəlin qayınatanı zəhərləyib öldürmək istədi - SENSASİYA
Saatlı rayonunda ağlagəlməz ailə cinayəti baş verib. 

Sfera.az Criminal.az-a istinadən xəbər verir ki, rayonun Seyidlər kəndində yaşayan Əsmər Hüseynova 85 yaşlı qayınatası Mobil Hüseynovun çayına zəhər qataraq onu öldürmək istəyib.

Qayınata zəhərlənib xəstəxanaya düşəndən sonra gəlinin əməlinin üstü açılıb. Gəlinin əri Əliniyaz və qayınları Ə.Hüseynovadan hüquq-mühafizə orqanlarına şikayət ediblər. Ə.Hüseynova məhkəmə qarşısına çıxarılacağından çəkinərək özünü öldürmək istəyib. O, bıçaqla bədəninə ağır xəsarətlər yetirib. 

Gəlinin qayınanası Mariya isə ötən il dünyasını dəyişib. Şaiyələr dolaşır ki, guya gəlin kənddə qayınanasını da zəhərləyərək öldürdüyünü deyirmiş. 

Ə.Hüseynova izahatında yazıb ki, hər gün çay termosunu qonşusu, həm də qayınatasının qardaşının gəlini Mərziyyə Hüseynova doldurub gətirib. Ona görə də, zəhəri həmin çaya onun atdığını iddia edərək özünü günahsız göstərib. 

Seyidlər Bələdiyyəsinin sədri Əlxuda Talıbov sayta açıqlamasında Ə.Hüseynovanın özünü bıçaqladığından xəbərdar olduğunu desə də, gəlinin qayınatasına sui-qəsd etməsindən xəbərsiz olduğunu bildirib.

Saatlı rayon İcra başçısının Seyidlər üzrə icra nümayəndəsi Şahoğlan Quliyev bildirib ki, hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib. Onun sözlərinə görə, Mobil Hüseynovu təcili yardım çağıraraq xəstəxanaya da özü göndərib: "Ailədə gəlinlə qayınata arasında münaqişə çoxdan var. Ailənin gəlini olan Əsmər Mobili öz evinə, həyətinə buraxmır. Mobilin yeməyini, çayını qardaşının gəlini Mərziyyə Hüseynova verir. Hadisə günü Mərziyyə Hüseynova alağa getdiyindən səhər tezdən kişinin termosda çayını və yeməyini gətirib veriblər. Kişi isə çayı içən zaman nəsə hiss edərək tam içməyib. Halı pisləşdiyindən xəstəxanaya göndərib tibbi yardım ediblər. Mənə deyilən məlumata görə, Mobilin böyük oğlu termosdakı çayı Bakıya apararaq ekspertizaya verib. Ekspert rəy verib ki, çaya ağcaqanad öldürən dixlofos qatılıb".

S.Quliyev deyir ki, Ə.Hüseynova özünü onun gözləri qarşısında bıçaqlayıb: "Mobil kişi Əsmərin əri olan oğlu Əliniyaza ev tikib. Həmin evin arxasında isə özünü köhnə evi var. Ailədə dava olanda gedib gəlinə bildirdim ki, qayınatan qoca kişidi, öz evində ona bir otaq ayırsın. Bu zaman Əsmər bıçaq götürərək özünü yaraladı". 

Ə.Hüseynovanın öz qayınanasını da zəhərləyərək öldürməsinə gəlincə, icra nümayəndəsi bildirib ki, qayınana zəhərlənməyib: "Evdə dava zamanı Əsmər şüşə bankanı Mobilin başına çırpmaq istəyib. Bu zaman qayınanası Mariya araya girib və banka onun başına dəyib. Bakıda müalicə olunan Mariya bir müddət sonra dünyasını dəyişib''.

Rayon prokuroru Kamran Əhmədov sayta açıqlamasında bildirib ki, faktla bağlı cinayət işi başlanıb: "Bir aydır məzuniyyətdəyəm. Prokurorluqda deyiləm. Amma məlumat üçün bildirim ki, həmin hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb".

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031