Azərbaycanda fermer faciəvi şəkildə öldü - Dörd bacının yeganə qardaşı idi - FOTO

Azərbaycanda fermer faciəvi şəkildə öldü - Dörd bacının yeganə qardaşı idi - FOTO
 
Salyan rayonunun Seyidlər kəndində bədbəxt hadisə nəticəsində fermer təsərrüfatının sahibi olan 1981-ci il təvəllüdlü Əzizov Fərəc Əziz oğlunu kənddəki maşın yuma sexində ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, 38 yaşlı fermer təsərrüfatının quşçuluq sexindəki hava təmizləyən qurğuları yumaq məqsədi ilə onların üzərinə elektrik nasosu ilə su vurarkən onu elektrik cərəyanı vurub.
 

Hadisə baş verən zaman onun yanında olan işçiləri fermeri maşına qoyub Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da artıq gec olub.

Qeyd edək ki, ailənin sonuncu övladı olan Fərəc Əzizov 4 bacının yeganə qardaşı olub. Onun özünün də 4 azyaşlı övladı var idi.

Faktla bağlı araşdırma aparılır.
 

 



OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...