Azərbaycanda faciə: azyaşlı beşmərtəbəli binadan yıxıldı
12:37 / 01.09.2019
6293
Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.
Sfera.az xəbər verir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.
Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.
Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.