Azərbaycanda evlənənlərin də sayı azalıb, boşananların da
23:15 / 16.05.2018
2845
Azərbaycanda bu ilin yanvar-mart aylarında boşananların və evlənənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 373 nəfər az) nikaha daxil olub. Bu ilin yanvar-mart aylarında 3556 nəfər boşanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 nəfər azdır.