Azərbaycanda ev almaq sadələşib – CƏMİ 1 PROSEDUR

Azərbaycanda ev almaq sadələşib –  CƏMİ 1 PROSEDUR

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində ölkədə daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib. ƏMDK-dan fins.az-a verilən məlumata görə, təkrar bazarda alqı-satqı əməliyyatı zamanı əvvəllər müəyyən müddət alan prosedurlar indi aradan qalxıb. Belə ki, vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. Bununla da vətəndaşın qeydiyyat idarəsinə getmək, orada sənəd gözləmək və ya sənəd almaq üçün müraciət etməsinə ehtiyac qalmayıb. Bütün bunlar Komitənin elektron, SMS və onlayn xidmətlərinin tətbiqi nəticəsində baş verib.

4 prosedurdan 1 prosedura düşüb

Qeyd edək ki, onlayn xidmətlərdən əvvəl vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu. Lakin indi bu yalnız 1 prosedurdan ibarətdir. Təkrar bazarda alqı-satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir.

Forma-1-lər də onlayndır

Komitə tərəfindən tətbiq olunan yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb. Yəni vətəndaş əvvəl yüklülük arayışını almaq üçün ərazi idarəsinə getməli idisə, indi buna ehtiyac yoxdur. Və ya daşınmaz əmlakı barədə reyestrdəki məlumatı almaq üçün idarəyə müraciət etməli idisə, indi onu internet vasitəsilə əldə edir. Əgər vətəndaş əvvəllər notariusda alqı-satqı etdikdən sonra sənədləri yenidən idarəyə gətirmək məcburiyyəti var idisə, indi həmin sənədlər onlayn rejimdə idarəyə göndərilir.

183 min nəfər onlayn xidmətdən faydalanıb

Təkcə onlayn xidmətlərdən istifadənin statistikası onu deməyə əsas verir ki, vətəndaşların təkrar daşınmaz əmlak bazarında aktivliyi kifayət dərəcədə artıb. Belə ki, indiyədək 183500 vətəndaş komitənin onlayn xidmətlərindən faydalanıb. Qeydiyyat prosesinin bu dərəcədə sadələşməsi alqı-satqı əməliyyatlarının, qeydiyyata alınan əmlakların sayının artmasına səbəb olub. Bununla da vətəndaşların dövlət reyestrindən çıxarışı olan daşınmaz əmlakdan həm hüquqi, həm də iqtisadi mənfəət mənbəyi kimi istifadəsi kütləviləşib. «Bütün bu yeniliklər vətəndaşın vaxtına qənaətə və rahatlığa hesablanıb»-deyə komitədən bildirilib.

SMS xidmətlər də işə düşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin SMS xidmətləri də işə düşüb. Bu xidmətlərdən istifadə çox sadə olmaqla yanaşı, həm də vətəndaşlar üçün kifayət qədər rahatlıq və operativliyi təmin edir. Ümumilikdə Komitənin 3 SMS və 31 elektron xidməti vətəndaşların istifadəsindədir. Elektron xidmətlərin 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. İstifadədə olan SMS xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Yeni elektron xidmətlər gələcək

Elektron xidmətlərin artırılmasında məqsəd xidmətlərdə şəffaflıq və rahatlığı artırmaq, vaxt itkisini azaltmaqdır. Hazırda komitə tərəfindən elektron və onlayn xidmətlərin sayının artırılması üçün işlər aparılır. Qeyd edək ki, Komitə tərəfindən 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 95 mindən çox elektron xidmət göstərilib. Ümumilikdə isə, indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 248 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...