Cəmİyyət

Azərbaycanda ərəb ov edərkən yaxalandı

Azərbaycanda ərəb ov edərkən yaxalandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.

 

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub.

Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031