Hadİsə

Azərbaycanda ər evdən getmiş xanımını işlədiyi yerdə ÖLDÜRDÜ

Azərbaycanda ər evdən getmiş xanımını işlədiyi yerdə ÖLDÜRDÜ
Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.

Mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdirilib.

Lakin G.Əmənova ötən gecə vəfat edib.

Qeyd edək ki, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. Bundan sonra həyat yoldaşı onun ticarət mərkəzində işlədiyi eynək dükanına gəlib. O, evdən getmiş xanımına bıçaqlayıb.

Artıq hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031