Azərbaycanda əkiz uşaqlara sahib olmaq niyə çətindir? - ŞOK QİYMƏTLƏR
11:30 / 09.04.2018
5396
Azərbaycanda əkizlər üçün doğuş qiymətləri tək uşaqlar üçün doğuş qiymətlərindən fərqlidir. Klinikalarda əkizlər üçün doğuş və qeysəriyyə qiymətlərini öyrənmək üçün bir neçəsi ilə əlaqə saxladıq.
"Medilux” klinikasından bildirildi ki, tək uşaqlar üçün təbii doğuş və qeysəriyyə qiymətləri 1150-1250 manat arasında dəyişilsə də, əkizlər üçün qiymətlər fərqlidir. Belə ki, əkizlər üçün qeysəriyyə əməliyyatının qiyməti 1450 manatdır.
"Leyla Şıxinskaya” klinikasında isə təbii və qeysəriyyə qiymətləri 800-1200 manat, əkizlər üçün isə 1000-1500 manat arasında dəyişilir.
"International Medical Center 1” klinikasında isə təbii və qeysəriyyə qiymətləri təxminən 1000-1250 manatdır. Əkizlər üçün təbii doğuş və qeysəriyyə əməliyyatının qiymətində isə 100 manat artım olur, yəni 1100 – 1350 manata başa gəlir.
Sorğu apardığımız digər klinikalar da əkizlərin doğuşu və qeysəriyyə əməliyyatının qiymətinin yüksək olmasının nə ilə əlaqədar olduğunu izah etmədilər.
Qeyd edək ki, ümumiyyətlə son zamanlar Azərbaycanda təbii doğuş və qeysəriyyə qiymətlərində müəyyən qədər də olsa artım müşahidə olunur. Tək uşağın doğuşu və qeysəriyyə əməliyyatının qiyməti ümumi olaraq desək, 500-5000 manat arasında dəyişilir. Dövlət xəstəxanalarında doğuş qiymətləri 500-800 manat arasında dəyişsə də, özəl tibb müəssisələrində daha yüksək - 950-5000 manat arasında ödəniş tələb olunur.
Azərbaycanda əkiz övlad sahibi olmağın çətinliyi bununla məhdudlaşmır. Elə əkiz arabalarının qiyməti də xeyli yüksəkdir.
Normalda tək uşaqlı birinci əl arabaların qiyməti 30 – 40 manatdan başlayır. Lakin əkizlər üçün bu qiymət daha yüksəkdir. Belə ki, əkizlər üçün arabaların qiyməti 50 manatdan 600 manatadəkdir. İkinci əl arabaların qiyməti isə 50 – 100 manat civarında dəyişilir.
Nigar Məhərrəm
Sfera.az