Azərbaycanda əhalisi azalan kəndlərin çox olduğu regionların adları açıqlandı

Azərbaycanda əhalisi azalan kəndlərin çox olduğu regionların adları açıqlandı
Azərbaycanın iri şəhərləri arasında demoqrafik baxımdan ən zəif templə inkişaf edən şəhər Mingəçevirdir. Bu şəhərin əhalisi son 20 ildə cəmi 10,5 min nəfər (11%) artıb.

Sfera.az xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov deyib.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən müvafiq xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib. Həmçinin regionlarda orta hesabla əhalinin hər nəfərinə düşən mənzil sahəsinin azaldığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, 1999-cu il siyahıyaalınmasına əsasən əhalisi 10-20 min arasında olmuş inzibati rayon mərkəzlərinin demoqrafik inkişafı əsasən ləng gedir. Son 20 il ərzində onların əksəriyyətində əhalinin orta illik artımı 1%-dən aşağı olub, bu kateqoriyadan olan inzibati rayon mərkəzləri arasında yalnız Ağsu, Biləsuvar, həmçinin Neftçala şəhərlərində nisbətən sürətli artım qeydə alınıb.

R.Kərimov son illərdə əhalisi azalan kəndlərin nisbətən çox olduğu regionlar kimi Quba-Xaçmaz, Lənkəran-Astara, həmçinin Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi-coğrafi rayonlarını qeyd edib . O, apardığı tədqiqatın nəticəsi olaraq inzibati rayonların əhalisinin sayını, artım tempini, mövcud demoqrafik potensialı ifadə edən bir neçə xəritə hazırlayıb və onlar əsasında təhlil aparıb.(trend)

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...