Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq

Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq
Azərbaycanda əhalinin növbəti siyahıya alınması bu il oktyabrın 1-dən 10-nə qədər keçiriləcək.

Sfera.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib.

Onun sözlərinə görə, prosesə hazırlıq işləri 2017-ci ilin yanvar ayından başlanılıb: "Son 2 ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb, bu prosesi tənzimləyəcək 50-ə yaxın normativ hüquqi sənəd hazırlanıb”.

T.Budaqov xatırladıb ki, ötən il oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıya alınması keçirilib: "Bunun məqsədi hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqinin qiymətləndirilməsi və eyni zamanda siyahıya alınma üçün sonra proqram təminatının sınaqdan keçirilməsi olub. İndi əhalinin siyahıya alınmasına tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilir. 34 mindən çox insan bu təlimlərə cəlb ediləcək ki, siyahıya alınma uğurla həyata keçirilsin. Bundan sonra 10 mln. dan artıq sorğu vərəqləri emal ediləcək. Bu da uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında öz əksini tapıb. Siyahıya almanın yekunu 2022-ci ilin I yarısının sonunda məlum olacaq”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...