Azərbaycanda əcnəbilər üçün ayrılan 6800 iş kvotasının yarısından çoxu dolub

Azərbaycanda əcnəbilər üçün ayrılan 6800 iş kvotasının yarısından çoxu dolub
 

"Nazirlər Kabineti tərəfindən bu il iş icazəsi üçün 6800 kvota ayrılıb, il ərzində bu qədər əcnəbi iş üçün cəlb edilə bilər".

Sfera.az APA-ya istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisi qeyd edib ki, bu kvotanın yarısından çoxu artıq dolub: "Biz çalışırıq ki, bu kvotanın mövcudluğu heç bir sahibkarlıq subyekti üçün gərginlik yaratmasın. Hətta kvota bitdiyi təqdirdə belə, buna hökumət tərəfindən təkrar baxıla bilər".

Vüsal Hüseynov bildirib ki, əmək bazarının milliləşməsi dövlətin yanaşmasından biridir: "Sevindirici haldır ki, enerji sektorunda çalışanların 90 faizindən çoxu yerli vətəndaşlardır. Əmək bazarının dinamikasına baxsaq, görərik ki, milliləşmə tədbirləri öz nəticəsini verir. Çünki illər əvvəl bu kvota daha yüksək idi. Burada yanaşma ondan ibarət deyil ki, hansısa sahibkarlıq subyekti və ya bazarı sıxışdırılsın. Bu, paralel tədbirlərlə, yerli iş qüvvəsinin bilik-bacarığını artırmaqla aradan qaldırılır. Əvvəllər tikinti sektorunda və ya digər sahələrdə əcnəbilər çox idisə, bu gün onları yerli mütəxəssislər əvəz edir. Bu, milliləşmənin göstəricisidir".

DMX rəisi iş icazəsi üçün tələb olunan rüsumu da açıqlayıb. O qeyd edib ki, 6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manat, 1 illik rüsumun qiyməti isə 1000 manatdır.



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...