Hadİsə

Azərbaycanda dostların dəniz kənarındakı qonaqlığında FACİƏ

Azərbaycanda dostların dəniz kənarındakı qonaqlığında FACİƏ
Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

Sfera.az Report-a istinadən məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba” adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticədə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər üç dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.


Faktla bağlı araşdırma aparılır.
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31