Azərbaycanda dolları olanlara pis xəbər

Azərbaycanda dolları olanlara pis xəbər
İyun ayının 7-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb.

Sfera.az Fins.az-a istinadən xəbər verir ki, "Bloomberg” terminalında dollar 1.6860 manata qədər düşüb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,55% dəyər itirməsi deməkdir.

Qeyd edək ki, ötən gün "Bloomberg”də dollar ticarəti 1.6954 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

OXŞAR XƏBƏRLƏR